TAXIL SAHƏLƏRİNİN 64 FAİZİNDƏ BİÇİN BAŞA ÇATIB, SAHƏLƏRDƏN 2014551 TON MƏHSUL YIĞILIB

OXUNUB: 511 GÜNDƏM İQTİSADİYYAT
Respublikada taxıl biçini davam edir. İyunun 26-n olan operativ məlumata görə, artıq 631788  hektar sahədə biçin başa çatıb. Sahələrdən 2014551 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,9 sentner təşkil edir.

Bugünədək 331990 ha sahədə arpa, 299798 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 1030492 ton arpa, 984059 ton buğda yığılıb. Arpa üzrə orta məhsuldarlıq 31 sentner, buğda orta məhsuldarlıq isə 32,8 sentner təşkil edir.    
Biçin prosesində 1702 kombayn iştirak edir. Bunlardan 952 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçində "Aqroservis” ASC-nin rayon bölmələrində olan 484 kombayn iştirak edir, "Aqroservis”  tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 266 kombayn dislokasiya edilib. İndiyədək "Aqroservis” ASC-nin kombaynları ilə 198418 ha, özəl kombaynlar ilə isə 433370 ha sahə biçilib. 
Biçin davam edir.

RƏYLƏR