ABŞ-ın məşhur "Taxt oyunları” serialının fanatları səkkizinci mövsümün süjeti ilə ətraflı tanış ola bilib.
Final səhnələrinin çəkilişinin görüntüsü "Watchers on the Wall” fanat-saytında dərc olunub.
"Bu, hər hansı kiçik bir sızma deyil. Bütün finalı sizin sərəncamınıza veririk”, - deyə postun müəllifləri bildirib.
Videoda Arya və Sansa ilə olan səhnələrdə baş verənlərin izahı verilir.
Videoçarxda çəkiliş meydançasında "Taxt oyunları” serialının aparıcı obrazları olan Starkların qəsri – Vinterfellin yandığını görmək olur. Fanatlar hesab edir ki, qəsr ya serialın əsas antaqonisti, əjdahaya sahib olan Gecə Kralı, ya da təhlükəli və tezalışan mayeyə, "vəhşi alova” sahib olan Sersey kraliçasına görə tənəzzül edir. Başqa bir versiyaya görə, qəsri Deyeneris Tarqarien öz əjdahası ilə yandırıb.
Xatırladaq ki, yanvarın 30-da "Aryu Stark” obrazını canlandıran aktrisa Meysi Uilyams sonuncu mövsümün nə vaxt işıq üzü görəcəyi ilə bağlı sualları cavablandırmaqdan yayınıb. Bundan əvvəl aktrisanın səkkizinci hissənin premyerasının 2019-cu ilin aprel ayında baş tutacağını ağzından qaçırdığı bildirilirdi.
"Taxt oyunları” ABŞ-ın HBO kanalında, 2011-ci ildən bəri yayımlanır. Son yeddinci mövsüm avqustun 28-də yekunlaşıb. Yayımlanan epizoda baxış sayına görə rekord qeydə alınıb./oxu
İcmal.Az

























