7NEWS.az xəbər verir ki, Taylandın cənub əyalətlərində davam edən şiddətli musson yağışları çayların daşmasına səbəb olub, bir çox yaşayış məntəqələri, yollar və əkin sahələri su altında qalıb. Daşqın səbəbindən rayonun bir çox məktəblərində tədris dayandırılıb. Qatar relslərinin su basması səbəbindən şəhərlərarası qatarların hərəkəti dayandırılıb. Tayland Fəlakətin Qarşısının Alınması Departamentinin apardığı yardım əməliyyatlarına Tayland ordusu, qeyri-hökumət təşkilatları və müxtəlif axtarış-xilasetmə qrupları cəlb edilib.
7NEWS.az