Tayvan: Çin 24 saat ərzində adaya 39 döyüş təyyarəsi və 3 gəmi göndərdi

OXUNUB: 309 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin bugünkü açıqlamasına görə, Çin ordusu 24 saatlıq güc nümayişi keçirərək adanın ətrafına 39 döyüş təyyarəsi və 3 döyüş gəmisi göndərib. 

Çin və Tayvan arasında ABŞ-ın təxribatları ilə pik həddə çatan gərginlikdə gün keçmir ki, Çin Xalq Azadlıq Ordusu adanın ətrafına döyüş təyyarələri və ya döyüş gəmiləri göndərməsin. 

Bu dəfə, Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, çərşənbə günü səhər saat 6-dan cümə axşamı səhər saat 6-a qədər, 30-dan çox Çin təyyarəsi keçmişdə hər iki tərəfin səssizcə qəbul etdiyi qeyri-rəsmi sərhəd olan Tayvan boğazının orta xəttini keçib. 

7NEWS.az

RƏYLƏR