Tayvan ölkəyə gələn xarici turistlərə 300 manat verəcək

OXUNUB: 240 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, keçən çərşənbə axşamı keçirilən iclasında Uzaq Şərq ölkəsi Tayvan Assambleyası "Pandemiya sonrası iqtisadi və sosial dayanıqlığın gücləndirilməsi və iqtisadi nəticələrin hər kəsə fayda verməsini təmin etmək üçün xüsusi tədbirlər" adlı yeni iqtisadi dəstək paketini açıqladı. Açıqlanan paketdə turistlərin sayını artırmaq üçün ölkəyə gələn hər xarici turist üçün 5 min NTD (300 manat) ödəniləcəyi bildirilib. Paketə həmçinin Tayvan vətəndaşları və meyarlara cavab verən əcnəbilər üçün 6 min NTD (3 min 712 TL) vergi geri qaytarılması dəstəyinin də yer alacağı qeyd olunub.

7NEWS.az

RƏYLƏR