Tayvan ordusu ehtiyat qüvvələrə qadınları cəlb edəcək

OXUNUB: 176 Özəl DÜNYA
Tayvan ordusu öz tarixində ilk dəfə olaraq qadınların könüllü olaraq ehtiyatda olan qüvvələrə qoşulmasına icazə verəcəyini açıqlayıb. Qərar Çinin ada ətrafında hərbi təlimlərini artırmasından sonra verilib. 

7NEWS.az xəbər verir ki, Tayvan tarixində ilk dəfə olaraq qadınların ehtiyatda olan qüvvələrə qoşulmasına icazə veriləcək. Çərşənbə axşamı günü Tayvan ordusunda qadınların könüllü olaraq iştirak etmələri üçün yeni proqram hazırlanıb. 

Tayvan Müdafiə Nazirliyi bu ilin ikinci yarısından etibarən 220 tərxis olunmuş qadın əsgərin proqrama daxil ola biləcəyini açıqlayıb. Tayvanda ehtiyat qüvvələrin cəlb edilməsini həyata keçirən "All Out Defense” Səfərbərlik Agentliyinin general-mayoru Yu-Ven Çenqin sözlərinə görə, proqram bu il sınaq əsasında həyata keçiriləcək. 

7NEWS.az

RƏYLƏR