Tayvanda güclü zəlzələ: Ölənlər var – YENİLƏNİB

OXUNUB: 661 DÜNYA

Tayvanın şərqində baş vermiş güclü zəlzələ nəticəsində ən azı 2 nəfər ölüb, 202 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.

 Bu barədə Çinin CGTN telekanalı "Twitter”də məlumat yayıb.

Məlumata əsasən, daha 29 nəfərin hələdə dağılmış "Marshal” otelində çıxılmaz vəziyyətdə qalıb.

00:21

Tayvanın şərqində yerləşən Xualyan şəhərində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 188 nəfərə çatıb.

 Bu barədə Çinin CGTN dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, zəlzələ nəticəsində dağılmış "Marshal” otelindən 116 nəfər təxliyə olunsa da, hələ də dağıntılar altında qalan qonaqların olduğu bildirilir.

Məlumata əsasən, zəlzələ zamanı azı beş bina dağılıb, körpülərə, asfalt örtüklərinə, səkilərə ciddi ziyan dəyib.

560 evin elektrik enerjisi kəsilib.

06.02.2018 (23:33)

Tayvanın şərqində baş vermiş 6,1 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı durmadan artır.

 115 nəfər xəsarət alıb.

Otelin dağılması nəticəsində isə ən azı 17 nəfər bloklanıb.

Ölənlərin olub-olmaması ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, Tayvan Müdafiə Nazirliyi dağıntı olan ərazilərdə axtarış-xilasetmə əməliyyatlarınnı aparılması məqsədi ilə 100-ə yaxın hərbçi göndərib.

21:55

Tayvanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

 Yeraltı təkanlar adanın şimal-şərqində - Hualyan şəhərində 5 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində otel binası uçub.

Otel Xualyan qəzasında yerləşir.

Ölən və yaralananlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib. /oxu

İcmal.Az

RƏYLƏR