Tayvanda məcburi hərbi xidmət müddəti uzadılacaq

OXUNUB: 194 Özəl DÜNYA
Tayvanda son aylarda Çinlə yaşanan gərginliyə görə məcburi hərbi xidmət müddətinin 4 aydan 1 ilə qədər artırılması planlaşdırılır. 

7NEWS.az xəbər verir ki, Tayvan prezidenti Tsai İnq-ven adanın mülki müdafiəsini gücləndirmək üçün milli təhlükəsizlik iclasının keçiriləcəyini açıqlayıb. Mərkəzi Xəbər Agentliyinə danışan hökumət və hakim partiya rəsmiləri yeni məcburi hərbi xidmət sisteminin elan ediləcəyini və 2024-cü ildə qüvvəyə minəcəyini bildiriblər. 

Əvvəllər kişilər üçün 2 il olan məcburi hərbi xidmət müddəti 4 aya endirilib. Yeni plana uyğun olaraq, hərbi xidmət müddətinin 1 ilə qədər artırılması nəzərdə tutulur. 

Bu yaxınlarda Tayvan Müdafiə Nazirliyi adanın ətrafında 71 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisinin göründüyünü açıqlamışdı. 

7NEWS.az

RƏYLƏR