Tədris ilinin ikinci yarımilinin qiymətləndirilməsi ilə bağlı qərar verildi - RƏSMİ

OXUNUB: 550 SOSİAL

"2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmur”.

icmal.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürüləcək:

"Onlar növbəti sinifə keçiriləcək. Öz nəticələrindən razı olmayan şagirdlər tədris öncəsi müraciət edib, nəticələrini yaxşılaşdıra bilərlər”.

RƏYLƏR