7NEWS.az xəbər verir ki, İranın paytaxtı Tehrandakı Evin həbsxanasında şənbə günü axşam saatlarında baş verən yanğında ölənlərin sayı artır. İran Ədliyyəsinə bağlı xəbər agentliyinin verdiyi açıqlamada yanğında tüstüdən zəhərlənərək xəstəxanada müalicə alan daha 4 məhbusun bu gün səhər saatlarında həyatını itirdiyi bildirilib. Açıqlamada yanğında həyatını itirən 8 məhbusun cəzaçəkmə müəssisəsinin məhkəmə cinayətləri şöbəsindən olduğu, daha 6 məhbusun isə xəstəxanada müalicə olunduğu və şəraitinin yaxşı olduğu bildirilib.
7NEWS.az