Tehran sammit ərəfəsində Ina xəbərdarlıq etdi

OXUNUB: 497 DÜNYA

İran Xarici İşlər Nazirliyi ABŞ – KXDR sammitinin başlanmasına bir gün qalmış Şimali Koreya tərəfinin Vaşinqtonun beynəlxalq razılaşmaları pozmaq vərdişlərinin olması ilə bağlı xəbərdarlıq edib. 

İcmal.Az bununla bağlı "Mehr” agentliyinə istinadla xəbər verir. 

İran xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Bəhram Qasımi keçirdiyi mətbuat konfransında bildirib ki, KXDR beynəlxalq sazişlərə əməl olunması məsələsində ABŞ-ın qarşısına şərt qoymalıdır. 

"ABŞ siyasətinə optimist baxış mümkün deyil və bir müddət əvvəl nüvə sazişinin pozulması buna sübutdur”, - iranlı diplomat deyib. 

ABŞ prezidenti Donald Tramp mayın 8-də İranla razılaşmadan çıxdıqlarını açıqlamışdı. 

ABŞ və KXDR arasında ilk sammit sabah Sinqapurda keçiriləcək. 

İcmal.Az

RƏYLƏR