Tehran üzərindən uçan İsrailin “F-35”ləri “kəllə” aldı – Xameneidən AĞIR CƏZA

OXUNUB: 798 DÜNYA

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkənin Hərbi-Hava Qüvvələrinin Komandiri general Farzad İsmayilı vəzifəsindən azad edib.

Bu haqda Küveytin "Al Jarida" qəzeti yazıb.

Xəbərə görə, İsrailin "F-35” döyüş təyyarələrinin İranın hava məkanına daxil olması dini lideri özündən çıxarıb. İsrail təyyarələrinin paytaxt Tehran, o cümlədən, İsfahan, Şiraz və Bəndər-Abbas şəhərlərinin üzərindən uçduğu bildirilir.

Qeyd edək ki, İsrail "F-35” beşinci nəsil qırıcı-bombardmançılarından istifadə edən ilk ölkə olub. İsrail bu hərəkəti ilə "F-35”lərin gözəgörünməzliyini ilk dəfə real şəraitdə sınaqdan keçirib.

İcmal.Az

RƏYLƏR