Təhsil Nazirliyində Natiq Misirovun “ODUN ƏMƏLİYYATI”

OXUNUB: 6865 index-manşet GÜNDƏM SOSİAL
Dövlətin yüz minlərlə manat pulu odun sobasında necə yandırılıb?

Rubrika.Az saytına 11 saylı ərazi maliyyə hesablaşma mərkəzinin müdiri Natiq Misirovun qanunsuz əməlləri barəsində ilginc məlumatlar daxil olub. Ölkədə korrupsiyaya qarşı amansız mübarizənin getdiyi bir zamanda N.Misirov və onun Göyçayda "sağ qolu” hesab olunan Eldost Rəşidov dövlətin yüz minlərlə manat pulunu odun sobasında "yandırıblar”. Düz oxudunuz, məhz odun sobasında. Ortaqlar məktəblərin odunla təminatı adı altında yarım milyona yaxın dövlət vəsaitini mənimsəyiblər,biçarə məktəblilər isə odun sobasının nə istisini hiss ediblər,nə də odunun üzünü görüblər.

N.Misirov guya hər məktəbə 48 kub odun verilməsini rəsmiləşdirərək pulunu mənimsəsə də nə odun yanıb,nə məktəblilərin canı qızıb. Əvəzində dövlətin pulları "yanıb”. Maraqlıdır ki, Təhsil nazirliyinin məsul əməkdaşları,xüsusilə Rauf müəllim də bu əməliyyata "qurunun oduna yaş da yanar” deyərək göz yumub. Qarşı tərəflə əlaqə saxlamağa cəhd etsək də mümkün olmadı.

Geniş araşdırma ilə qısa müddətdə saytımızda tanış olacaqsınız. Bizi izləyin!

7News.Az

RƏYLƏR