Təkcə bacısını deyil, ögey atası onu da zorlayıb - Balakəndəki dəhşətin davamı

OXUNUB: 853 HADİSƏ

Bir müddət əvvəl Balakəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan qızla bağlı xəbər ölkə gündəmində ciddi  şəkildə müzakirə olunmuşdu.

İcmal.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 4 aylıq istintaq prosesinin sonunda məlum olub ki, Şindiyev Elçin qeyri-rəsmi nikahda yaşadığı qadının ikinci qızını da zorlayıb. Artıq istintaq müddəti yekunlaşıb və iş məhkəməyə göndərilib.

Qeyd edək ki, hadisədən sonra qadın üç uşağı ilə birgə Bakıda Uşaqlar Birliyinin sığınacağında məskunlaşmışdı.

Hamilə qalan birinci qızın hamiləliyinə isə qeysəriyyə üsulu ilə son qoyulmuşdu. 

Artıq ailənin sığınacaqda reablitasiya dövrü başa çatıb və onlar evlərinə yola salınıb.

İcmal.Az

RƏYLƏR