Tələbələr bu xəbəri mütləq oxusun

OXUNUB: 794 SOSİAL
İyul ayının 14-dən etibarən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanacaq. 
 
İcmal.az-ın Təhsil Nazirliyinə istinadən məlumatına görə, sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək. 

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Xaricdə öz rəsmi qurumları tərəfindən qeydiyyata alınmayan ali təhsil müəssisələrində təhsil alan tələbələrin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə isə yol verilmir. Akademik borc isə köçürülməyə mane olmayacaq.

Qeyd edək ki, köçürülmə prosesi ilə əlaqədər tələbələrin qeydiyyatı avqust ayının 15-dək aparılacaq.
 
İcmal.Az

RƏYLƏR