Telefonla 6-7 namizəd arasından seçdiyi qız bəyi toy öncəsi aldatdı - VİDEO

OXUNUB: 1150 DÜNYA

Cem Yılmazın "Hokkabaz" filmində gəlinin toya sayılı günlər qalmış qızılları götürərək yoxa çıxması səhnəsi İstanbulun Ataşehir rayonunda həqiqət olub. Suriyalı gəlin ərə getmək vədi ilə aldatdığı şəxsin ona aldığı qızılları götürüb yoxa çıxıb.

iddiaya görə, Ataşehirdə evlənmək istəyən 31 yaşlı A. Ç. uzaq qohumlarının vasitəsilə Qaziantepdə 22 yaşlı suriyalı E. M. ilə tanış olub. Tanış olduqdan qısa müddət sonra A. Ç., həmin qızla imam nikahına daxil olub. E. M. -nin atasına 10 min lirə süd pulu verən A. Ç. qızı və ailəsini götürərək İstanbula gəlib. Toy hazırlığı üçün İstanbula gələn E. M. ilə ailəsi qızıllar ilə pulları götürərək "itkin düşüb".

Qeyd edək ki, A.Ç.-ya qohumları evlənmək üçün mobil telefonda 6-7 qızın fotosunu göstərərək bir qızı bəyənib seçməyini istəyiblər. O isə nəticədə E.M.-dan xoşu gəldiyini bildirib.

Ç. ilə E. M. toy hazırlıqları etmək üçün bir alış-veriş mərkəzinə gediblər. A. Ç. geyim almaq üçün pulqabısını E. adlı suriyalı qıza verib. A. Ç. kişi bölməsinə getdiyi zaman E. M. vəsiqəsini və qızılları götürərək yoxa çıxıb.

E. M. -nin bir dəqiqə içində baş örtüyünü dəyişdirərək qaçdığı məlum olub.

 

Polislər şübhəli suriyalıları tapmaq üçün axtarışa başlayıb./milli


İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Telefonla 6-7 namizəd arasından seçdiyi qız bəyi aldatdı

RƏYLƏR