Tender elanı

OXUNUB: 659 GÜNDƏM İQTİSADİYYAT BANK

"Yelo Bank” ASC-nin Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edir

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

Təqdim ediləcək məhsulun keyfiyyəti
Təklif ediləcək məhsulun qiyməti
İştirakçı şirkətin bu sahədə təcrübəsi
Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar

1.Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

Qiymət təklifi
İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)


2.Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-Tender təklifləri 05 avqust 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-Zərflərin hər küncü möhürlənməlidir. 
-Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
-Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
-Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər. 

3.Tələb olunan xidmətlər 

Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır. 
Baş ofisdə nəzərdə tutulan idman zalının ərazi 175 sq.m-dir. 
Qadınlar üçün qadın, kişilər üçün kişi məşqçi. 
Bütün trenajor/fitness avadanlıqları şirkət tərəfindən təqdim olunmalıdır. 
İş rejimi həftə içi səhər saat 07:00-09:00 və 18:00-22:00, həftəsonu isə saat 08:00-21:00 
Qalib şirkət 1 avqust 2021 ci il tarixində fəaliyyətə başlamaq qabiliyyətində olmalıdır. 

4.Qiymət təklifi təqdim olunmalıdır: 
-Gündəlik 
-Ay ərzində 8 giriş 
-Ay ərzində 12 giriş
-Ay ərzində 16 giriş  




5.Alətlər 
Minimum aşağıda qeyd olunan alətlər olmalıdır. 
Hyperextension 
Crossover
Hammer leg extension
Chest + Shoulders (Bench Press)
Chest + Triceps (Bench Press)
Leg press
Smith (squats + bench press)
Exercise bike
Bench
Treadmill
Dumbbells
Hummer horizontal pull (back)
Horizontal block pull (back)
Barbells 

6.Ödəniş və digər şərtlər
Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
Tenderin qalibi olan şirkətdən Bankda fəaliyyəti üçün icarə və hər hansi bir kommunal ödənişi tələb olunmur. 
Müqavilə 1 il ərzində qüvvədə olacaq. 
Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
Ödəniş işçilər tərəfindən olunacaq. 

7.Satınalan təşkilatın ünvanı 
Bakı ş. Həsənbəy Zərdabi 81K, 
Əlaqələndirici şəxs: 
Anar Asgarzade 
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575

RƏYLƏR