Terrorçular 14 yaşlı qızı qətlə yetirdi

OXUNUB: 725 DÜNYA

PKK terror təşkilatının bir qolu olan PYD Suriyanın Mare şəhərinin Şeyx İsa kəndini ağır artilleriyadan atəşə tutub.

Hücum nəticəsində təsərrüfat sahəsində işləyən 14 yaşlı qız həlak olub, 2 vətəndaş isə yaralanıb.

Sözügedən bölgədə Azad Suriya Ordusunun qüvvələri olmadığı üçün terrorçulara cavab atəşi açılmayıb. Hadisə yerinə Mare Təhlükəsizlik Xidmətinin polis komandası göndərilib.

Qeyd edək ki, Şeyx İsa kəndi hələ də PKK terror qruplaşmasının nəzarətində qalmaqdadır./publika

 İcmal.Az


RƏYLƏR