Terrorçular Dəməşqi atəşə tutublar, 13 nəfər ölüb, 135 yaralı var

OXUNUB: 618 DÜNYA

 Suriyanın Şərqi Ğuta regionunda vəziyyət terrorçuların atəşkəsi davamlı olaraq pozması nəticəsində gərgin olaraq qalır.

Bunu Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

"Son 10 sutka ərzində Şərqi Ğutanın rayonlarından Suriya paytaxtının yaşayış məhəllələrinə 272 mina və reaktiv mərmi atılıb. 13 nəfər ölüb, 135 nəfər yaralanıb, onlardan üçü uşaqdır", - deyə o əlavə edib.

Yevtuşenkonun sözlərinə görə, terrorçular hökumət qoşunlarını onları cavab atəşi açmağa sövq etmək üçün atəşə tuturlar.

 

İcmal.Az

RƏYLƏR