Tesla 2022-ci ildə 40 faiz artımla 1,3 milyon avtomobil tədarük edib

OXUNUB: 416 Özəl DÜNYA
Elektrikli avtomobil istehsalçısı Tesla, keçən il 1,3 milyon avtomobil tədarük etdiyini açıqladı. 2021-ci ilə nisbətən yüzdə 40 daha çox avtomobil tədarük edən şirkət bunun rekord olduğunu açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Tesla ilin son rübündə 405 000 avtomobil tədarük edib. Ancaq bu rəqəm, oktyabr-dekabr dövründə 430 min avtomobil tədarükünü proqnozlaşdıran Wall Street-in gözləntilərinin altında idi. 

Artan faiz dərəcələri və tənəzzül narahatlıqları səbəbindən avtomobil sənayesində tələbin bu il yavaşlaması gözlənilir.  

Teslanın bəyanatında deyilir ki, şirkət "il ərzində Covid pandemiyası və təchizat zəncirindən yaranan ciddi problemlərlə üzləşib". 

Dünyanın ən qiymətli avtomobil şirkəti olan Tesla, son rübdə istehsal etdiyindən 34 min az avtomobil tədarük etdi. 

7NEWS.az

RƏYLƏR