Tesla Çində enerji saxlama qurğularının istehsalı üçün fabrik quracaq

OXUNUB: 186 Özəl DÜNYA

ABŞ-ın elektrikli avtomobil və akkumulyator istehsalçısı Tesla, Çinin Şanxay şəhərində enerji saxlama qurğularının istehsalı üçün geniş miqyaslı obyekt quracaq. 

7NEWS.az xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, təməli bu ilin üçüncü rübündə qoyulacaq layihə üçün bu gün Şanxayda imzalanma mərasimi keçirilib. 

Şirkət, 2024-cü ilin ikinci rübündə fəaliyyətə başlaması planlaşdırılan fabrikdə təxminən 4 meqavat-saat elektrik enerjisi saxlaya bilən "Megapack” adlı litium-ion batareya blokları istehsal edəcək. 

Fabrikdə ildə 10 min ədəd olmaqla cəmi 40 gigavat-saat enerji saxlama gücü istehsal edilməsi hədəflənir. 

7NEWS.az

RƏYLƏR