Çinin bazar tənzimləyicisi 1,1 milyondan çox "Tesla” avtomobilinin geri çağırıldığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Regenerativ əyləc intensivliyini tənzimləyə bilməyən avtomobillər təhlükəsizlik baxımından problemlər yaradır. Səlahiyyətlilər avtomobillərin sahiblərinin təhlükəsizliyi üçün geri qaytarılmalı olduğunu bildirir. Ehtimal olunur ki, qaza basılan zaman heç bir xəbərdarlıq olmadığı üçün avtomobil sahiblərinin pedallardan düzgün istifadə etməməsi və qəza törətməsi riski var.
EV istehsalçısı problemi həm standart regenerativ əyləc səviyyəsini təyin edən proqram yeniləməsi ilə həll edəcək. "Tesla” uzun müddət qaza basan sürücüləri də məlumatlandıracaq.
7NEWS.az