Tesla Meksikada zavod quracaq

OXUNUB: 549 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Tesla Meksikada fabrik açacaq. Meksika prezidenti Andres Manuel Lopez Obrador təşkil etdiyi mətbuat konfransında Tesla şirkətinin baş direktoru Elon Musk ilə video danışıq apardıqlarını və ölkənin şimalındakı Nuevo Leon əyalətinin paytaxtı Monterreydə fabrik qurmaq üçün razılaşdıqlarını açıqlayıb. Açılacaq Tesla fabrikinin ölkə üçün əhəmiyyətli bir sərmayə olduğunu və çoxlu iş yerləri yaradacağını bildirən Obrador, Muskın bölgədəki quraqlıq və su qıtlığı səbəbiylə ona təklif edilən bəzi şərtləri qəbul etdiyini bildirdi.

7NEWS.az

RƏYLƏR