Təyyarə möcüzə sayəsində qəzadan yayındı - VİDEO

OXUNUB: 703 DÜNYA

"Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin pilotu eniş zamanı öz səhvini düzəldərək son anda bir neçə təyyarə ilə toqquşmadan yayınıb və bəlkə də, min nəfərin ölümü ilə nəticələnə biləcək qəzanın qarşısını alıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, Torontodan San-Fransiskoya uçan təyyarə az qala hava limanında uçuş vaxtını gözləyən dörd laynerin üzərinə eniş edəcəkmiş. Pilot eniş icazəsi aldıqda, təsadüfən təyyarəni enmə zolağı yanında olan yola aparıb. Bu zaman öz səhvini başa düşən təyyarəçi hava gəmisini yerdə gözləyən təyyarələrin 1,5 metr hündürlüyündən uçurub. Hadisə ötən ilin yayında baş versə də, video indi yayımlanıb.

İcmal.Az

RƏYLƏR