Təyyarədə faciə: Facebook-da canlı yayım oldu - VİDEO - FOTO

OXUNUB: 599 DÜNYA

ABŞ-ın "Southwest Airlines" aviaşirkətinin Nyu-York şəhərindən Texas ştatındakı Dallas şəhərinə uçan Boeing 737-700 təyyarəsi Filadelfiya şəhərinin beynəlxalq hava limanında təcili eniş edib.

İcmal.Az CBS News-ə istinadən bildirir ki, fors-major olay nəticəsində təyyarənin sərnişini olan 43 yaşlı Cennifer Riordan aparıldığı hospitalda keçinib.

Bloqer Marti Martines Facebook-dakı səhifəsində təyyarədə insident yaranan kimi canlı yayıma başlamışdı.

"Nyu-Yorkdakı La Quardiya aeroportundan səmaya qalxdıq, Dallasa yollandıq. Filadelfiyaya çatmağa az qalanda təyyarənin mühərriklərindən biri sıradan çıxdı. Pilotlar təyyarəni geri çevirdilər. Bu zaman dəmir parçası illüminatorlardan birinə dəyib sındırdı, qadın sərnişini yaraladı", - Marti Martines deyib.

Southwest Airlines aviaşirkəti Filadelfiya aeroportundakı insidenti təsdiqləyib.

Təyyarədə 143 sərnişin və 5 heyət üzvü vardı.

İnsidentdə 7 sərnişin yaralanıb.

İcmal.Az

Təyyarədə faciə: Facebook-da canlı yayım oldu -1

Təyyarədə faciə: Facebook-da canlı yayım oldu


Təyyarədə faciə: Facebook-da canlı yayım oldu - VİDEO - FOTO

RƏYLƏR