İcmal.Az azvision.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında sözügedən ərazidə kimliyi məlum olmayan orta yaşlı kişinin meyiti aşkar edilib.
Şahidlərin sözlərinə görə, dünyasını dəyişən şəxs ürəyində olan problemlə əlaqədar həkim yanına gəlib. Onun qəbuldan çıxandan sonra anidən halı pisləşib və yerə yıxılıb.
Polis əməkdaşları hadisə yerinə cəlb olunub. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
İcmal.Az