7NEWS.az xəbər verir ki, Nigeriyada ötən şənbə günü keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. Müstəqil Milli Seçki Komissiyasından verilən açıqlamada, hakim partiya olan Bütün Tərəqqiçilər Konqresinin (APC) namizədi, Laqosun keçmiş qubernatoru Bola Əhməd Tinubunun 36,6 faiz səs toplayaraq ölkənin 5-ci prezidenti seçildiyi açıqlanıb ( 8,8 milyon səs). Xalqların Demokratik Partiyasının (PDP) namizədi Atiku Abubakar 29 faiz, İşçi Partiyasının (LP) namizədi Peter Obi isə 25 faiz səs toplayıb.
7NEWS.az