Tokioda partlayış baş verib: 4 YARALI

OXUNUB: 264 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda fəlakətin astanasına qaytarılıb. Partlayış yerli vaxtla saat 15:15 radələrində şəhərin ən sıx məhəllələrindən biri olan Şimbaşidəki binanın ikinci mərtəbəsində baş verib. Partlayışdan sonra binada başlayan yanğın əraziyə sövq edilən çoxlu sayda yanğınsöndürən tərəfindən qısa müddətdə nəzarət altına alınıb. Hadisənin baş verdiyi müəssisənin bar kimi fəaliyyət göstərdiyi açıqlanıb. Bildirilib ki, partlayış baş verən barın işçiləri və oradan keçən rayon sakinləri də daxil olmaqla 4 yaralının həyatı üçün təhlükə yoxdur.

7NEWS.az

RƏYLƏR