Tokionun şərqində 6,2 bal gücündə zəlzələ baş verib

OXUNUB: 262 Özəl DÜNYA
Yaponiyanın paytaxtı Tokionun şərqində, Çiba sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

7NEWS.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Çiba əyalətinin Kamisu sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 19.03-də 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilməyib.
Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama əyalətlərində hiss olunub.
Bölgədəki atom elektrik stansiyaları üçün heç bir təhlükənin olmadığı açıqlanıb.

7NEWS.az

RƏYLƏR