Toqoda terror aktı qeydə alınıb: 12 əsgər həyatını İTİRİB

OXUNUB: 140 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yerli medianın məlumatına görə, ölkənin şimalındakı Kpendjal rayonunun Sankortçaqou kəndində hərəkətdə olan təhlükəsizlik qüvvələri ağır silahlı naməlum şəxslərin hücumuna məruz qalıb. Hücumda 12 əsgər həyatını itirib. Toqonun Burkina Faso sərhəd xəttinin daxil olduğu Savanes bölgəsinin bir müddətdir terror təhlükəsi ilə üzləşdiyi məlum olub. Hökumət mövcud təhlükə ilə əlaqədar 13 iyun 2022-ci ildə bölgədə fövqəladə vəziyyət (OHAL) elan etdi. Saheldə üç ölkə sərhədi adlandırılan Burkina Faso, Niger və Malidə fəaliyyət göstərən Əl-Qaidə və DEAŞ-a bağlı terror qruplarının Qvineya körfəzinə doğru irəliləmək istədiyi bildirilir.

7NEWS.az

RƏYLƏR