Tovuz rayonunda fəhləni ilan sancıb.
Hadisə bu gün səhər saatlarında baş verib. Rayon ərazisində fəhlə işləyən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Anar Şakir oğlu Hüseynovu Kür çayının kənarında iş görərkən ilan sancıb.
O, dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Məlumata görə, A.Hüseynovu gürzə ayağından sancıb./trend
İcmal.Az