Toy gecəsi bəylə gəlinə elə şey hədiyyə etdilər ki... - Xahişləri nəzərə alındı

OXUNUB: 1000 DÜNYA

Hindistanda Praşant Şarma və Niti Şri evlənməyə hazırlaşanda, qərara alıblar kı, toy məclisinə gələnlər onlara ənənəvi hədiyyə yox, qeyri-adi nəsə bağışlasınlar.

Cütlük bu arzularını qonaqlara çatdırıblar. Bəy və gəlin onlara hədiyyə kimi Bitcoin bağışlanmasını xahiş ediblər. Çünki cütlüyün rəqəmsal startap şirkəti var. Onların dostlarının əksəriyyəti isə texnologiya şirkətlərdə işləyirlər. Praşant və Nitinin toyu dekabrın 9-da baş tutub.

 

Toya gələn 200 qonaqdan yalnız 15-i gəlinlə bəyə "ənənəvi hədiyyələr" verib. Şarmanın sözlərinə görə, toyda onlara ümumilikdə $1,559 (təxminən 2635 manat) dəyərində Bitcoin hədiyyə edilib./metbuat

İcmal.Az

RƏYLƏR