Toyda kütləvi dava - 40 yaşlı kişi döyülərək xəstəxanalıq oldu

OXUNUB: 607 SOSİAL

Tovuz rayonunda toyda kütləvi dava olub.

Hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində baş verib.

Toyda sərxoş vəziyyətdə olan bir-neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.

Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır./trend

 

İcmal.Az

RƏYLƏR