Toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü - YENİLƏNİB - VİDEO - FOTO

OXUNUB: 671 SOSİAL

13:05

Kanalizasiya quyusuna düşən Şəki sakini xilas edilib.

İcmal.Az
ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Sarabski küçəsində baş verib.

1963-cü il təvəllüdlü Mahmudov Rizvan Ramazan oğlu toydan çıxıb evə gedərkən dərinliyi 6 metr olan quyuya düşüb. Onu çıxarmaq üçün ərazidə FHN-in xilasediciləri cəlb olunub. Rizvan Mahmudov döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki MRX-ya yerləşdirilib. Vəziyyəti qənaətbəxş hesab olunur.

Videonu izləmək üçün şəklə klikləyin:

Toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü

-----------

08:28

 

Şəkidə quyuya düşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 6 metr olan kanalizasiya quyusundan vətəndaşı çıxaraq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:00-da başa çatıb.

Toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü - YENİLƏNİB - VİDEO - FOTO

Toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü - YENİLƏNİB - VİDEO - FOTO

 

İcmal.Az

RƏYLƏR