Tramp: "ABŞ Əfqanıstandakı hərbi kontingentinin sayını açıqlamayacaq" - YENİLƏNİB

OXUNUB: 710 DÜNYA

ABŞ bundan sonra Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar barədə əvvəlcədən məlumat verməyəcək və bu ölkədə yerləşdirilən hərbi kontingentinin sayını açıqlamayacaq.

 

Bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı "Fort Mayer” hərbi bazasında çıxış edərkən bəyan edib.

 

Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə ordusunu Əfqanıstan ərazisindən çıxarmaq niyyətində deyil: "Tariximizdə yaşanan ən dəhşətli terror hücumu Əfqanıstanda planlaşdırılıb və oradan idarə olunub. Hərbçilərin çıxarılması ilə yaranan vakuumu hökmən  terrorçular dolduracaq”.

 

Tramp həmçinin bildirib ki, terrorçuluqla mübarizə naminə ABŞ Əfqanıstandakı hərbi kontingentinin səlahiyyətlərini genişləndirəcək.  Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var.

 

 

***

 

03:32

 

ABŞ prezidenti Donald Tramp Əfqanıstana əlavə 4 min hərbçinin göndərilməsinə dair qərar qəbul edib.

 

 Müvafiq qərarın yaxın saatlarda elan olunacağı gözlənilir.

 

Avqustun 18-də D.Tramp Kemp-Deviddə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. Tədbirdə əsas müzakirə mövzusu Cənubi Asiyada, o cümlədən Əfqanıstanda vəziyyət olub.

 

Bu ilin iyununda D.Tramp Pentaqon rəhbəri Ceyms Mettisə Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının müəyyənləşdirilməsinə dair səlahiyyətlər verib.

 

Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var./apa

 

 

İcmal.Az

RƏYLƏR