Tramp: "Meksikaya problem yaratmaq istəmirəm, amma..."

OXUNUB: 509 DÜNYA

ABŞ prezidenti Donald Tramp Meksika liderinə iki ölkə sərhədində tikiləcək divarlar üçün ödəniləcək məbləği hazırlamasını bir daha xatırladıb.

İcmal.Az xəbər verir ki, ABŞ prezidenti bu sözləri tərəfdarları ilə keçirilən görüşü zamanı deyib. O bildirib ki, Meksika üçün problem yaratmaq istəmir:

"Hər halda bu divar qurulacaq. Meksika - Mən problem yaratmaq istəmirəm. Amma axır-əvvəl bu pulu ödəyəcəksiniz".

Meksika lideri Amerika prezidentinin çıxışına cavab olaraq Meksikanın onun layihəsi üçün qara qəpik də ödəməyəcəyini dilə gətirib:

"Meksika Donald Trampın layihəsi üçün heç vaxt pul ödəməyəcək. Nə bu gün, nə də sabah. Heç vaxt".

İcmal.Az

RƏYLƏR