Tramp mətbuatdan şikayət etdi: "Mən sizə xidmət etmək üçün seçilmədim"

OXUNUB: 724 DÜNYA
ABŞ prezidenti Donald Tramp mətbuatdan şikayət edib.


Amerika mətbuatının ona qarşı hücumları Tramp tərəfindən tənqid edilib.

Tramp deyib: "Tarixdə heç bir siyasətçiyə daha pis və ədalətsiz davranılmayıb. Amma mən mətbuata xidmət etmək üçün seçilməmişəm".

Sahil Mühafizəsi Akademiyasının məzuniyyət tədbirində çıxış edən Tramp mətbuatla ulduzunun barışmadığını deyib. Məzun tələbələrə tənqidlərin onlara pis təsir etməməli olduğunu bildirən Tramp əlavə edib: "Hücumlar sizi daha da gücləndirməlidir. Tənqidlər sizdə ruh düşkünlüyü yaratmasın. Həqiqətlərdən əsla vaz keçməyin. Mən mətbuata və mənfəət qruplarına xidmət etmək üçün seçilmədim. Mən bu ölkənin unudulmuş kişi və qadınlarına xidmət etmək üçün prezident oldum"./olke.az
 

İcmal.Az

RƏYLƏR