Tramp və Kim arasında tarixi görüşün YERİ və VAXTI açıqlandı

OXUNUB: 551 DÜNYA

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In ehtimal ki, iyunun ortalarında Sinqapurda görüşəcəklər.

İcmal.Az AFP agentliyinə istinadən xəbər verir ki, bu haqda diplomatik mənbələrə istinadən Cənubi Koreyanın "Chosun Ilbo” qəzeti bildirib.

Diplomatik mənbələrin isə Trampının milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltondan sitat gətirdiyi deyilir.

Donald Tramp istirahət günlərində söyləmişdi ki, hər iki tərəf sammitin keçirilməsinin tarix və yerini müəyyən edib.

"Biz bunu tezliklə elan edəcəyik”, - Ağ Evin lideri jurnalistlərə deyib.

Yerli KİV-in xəbərinə görə, Bolton Cənubi Koreyadan olan həmkarı Çun Yuy-yunla ötən həftənin sonunda Vaşinqtonda görüşüb. Görüşdə ABŞ və Şimali Koreya liderlərinin planlaşdırılan danışıqları müzakirə edilib.

Mayın 22-də isə Cənubi Koreya prezidenti Mun Çje İn və Donald Tramp arasında görüş nəzərdə tutulub.

İcmal.Az

RƏYLƏR