ABŞ prezidenti Donlad Tramp bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.
İcmal.Az BBC-yə istinadən xəbər verir ki, məlumatı Ağ evin mətbuat xidməti təsdiqləyib.
Görüş Ağ evin oval kabinetində keçiriləcək. Görüşdə jurnalistlər iştirak etməyəcəklər.
Bu, ABŞ prezidentinin yanvarın 20-dən vəzifəsinin icrasına başladığı andan Rusiya rəhbərliyi ilə yüksək səviyyədə ilk görüşüdür.
Xatırladaq ki, aprel ayında Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət katibi Reks Tillersonu qəbul etmişdi.
İcmal.Az