Tramp və Putinin görüşü nə vaxt baş tutacaq?

OXUNUB: 925 DÜNYA
ABŞ prezidenti və Putin cari ilin iyul ayında görüşə bilər.

Tramp iyul ayında Almaniyada keçiriləcək "G20" dövlətlərinin sammitində Putinlə görüşmək niyyətindədir. Bu barədə Ağ Evin nümayəndələri məlumat veriblər. Bildirilir ki, ABŞ lideri ilə Rusiya liderinin ilk görüşü Trampın iyul ayında Avropaya səfəri çərçivəsində baş tuta bilər. Amma qeyd edilir ki, ABŞ prezidentinin səfərinin tam qrafiki məlum olmadığı üçün Putinlə görüş barədə danışmaq hələ tezdir.

7 iyun tarixində Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da Putinlə Trampın Hamburqda keçirilən "G20" sammitində görüşü barədə məlumat vermişdi. Bununla yanaşı, Peskov dəqiq tarix barədə məlumat verməmişdi.

Qeyd edək ki, may ayının əvvəlində Putinlə Tramp arasında telefon danışığı baş tutub. Söhbətin nəticələrini şərh edən Lavrov da iki liderin Hamburqda görüşə biləcəyini bəyan etmişdi./olke.az
 
İcmal.Az

RƏYLƏR