Trampa buzların üzərində heykəl qoyulacaq

OXUNUB: 572 DÜNYA

Bir qrup finlandiyalı ekoloq "Trampmor" layihəsini işə salıb.

Layihə çərçivəsində Arktikada buzlaqların birində ABŞ Prezidenti Donald Trampın surəti düzəldiləcək.

Qeyd olunur ki, bu addımın səbəbi qlobal istiləşməyə və buzlaqların əriməsinə diqqətin cəlb olunmasıdır.

 

Ekoloqların fikrincə, buzlaq bir müddət sonra əriməyə başlayanda D.Trampın üzü də yoxa çıxacaq. Bu layihə D.Trampın iqlim dəyişiklikləri barədə Paris sazişinə qarşı çıxması ilə əlaqədardır.

Qeyd edək ki, layihənin adı ABŞ-ın ilk dörd prezidentinin surətinin əks olunduğu Raşmor dağının adı ilə bağıdır./trend

İcmal.Az

RƏYLƏR