Trampı “müvəqqəti anlaşılmazlıq” adlandırdılar

OXUNUB: 673 DÜNYA

Barak Obamanın prezidenti dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri olan Con Bernan ABŞ prezidenti Donald Trampı tənqid edərək, onu "müvəqqəti anlaşılmazlıq” adlandırıb. 

İcmal.Az xəbər verir ki, bununla o, Trampın G7 sammitindən sonra Kanada baş naziri Cantin Tryudonun ünvanına səsləndirdiyi sözlərə cavab verib. 

O qeyd edib ki, Ağ Ev rəhbərinin ədəbsizlikləri və zəif düşünülmüş proteksionist siyasəti ABŞ-ın vəziyyətinə və milli maraqlara xələl yetirir. 

"Dostlar və tərəfdaşlar: narahat olmayın, cənab Tramp "müvəqqəti anlaşılmazlıq”dır. Sizin tanıdığınız ABŞ tezliklə qayıdacaq”, – Brennan "Twitter” hesabında yazıb. 

Bernan 2013-2017-ci illərdə MKİ-nin rəhbəri olub. 

İcmal.Az

RƏYLƏR