ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp atasının Supermen paltarında fotosunu paylaşıb.
Oğul Trampın öz İnstaqram hesabından paylaşdığı fotoda ABŞ prezidenti saqqallı və döş hissəsində T hərfi olan Supermen kostyumundadır. Belə təəssürat yaranır ki, prezident "Taym” jurnalının üz qabığında təsvir olunur. Şəklin üzərində yazılıb: "Prezident Tramp Amerikanı yenidən böyüdür".
Xatırladaq ki, D.Tramp ötən prezident seçkiləri kampaniyası zamanı Nyu-Yorkdakı reklam lövhələrindən birində sinəsində S əvəzinə T hərfi olan Supermen geyimində təsvir edilmişdi./teleqraf.com

İcmal.Az

























