ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Vyetnamda planlaşdırılan görüş təxirə salınıb.
Bununla bağlı Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.
O bildirib ki, görüşün təxirə salınmasına səbəb Trampın iş qrafikinin gərgin olmasıdır.
Kremlin mətbuat katibi Dmitri Peskov isə görüşlə bağlı danışıqların davam etdiyini bildirib.
İcmal.Az

























