7NEWS.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın vergi bəyannamələrinin ictimaiyyətə açıqlanmasına səs verib. Səsvermə nəticəsində 24 "hə” və 16 "xeyr” səsi ilə Trampın 6 illik vergi bəyannamələrinin ictimaiyyətə açıqlanması qərara alınıb. Komitənin üzvü, Pensilvaniya Demokratı Brendan Boyl səsvermədən sonra "Bu, Konqres üzvü kimi verəcəyim ən vacib səslərdən biridir və mən yüz faiz sizin arxanızdayam"-deyib.
7NEWS.az