Trampla Kardaşyanın görüş səbəbi bilindi - Ömürlük həbs

OXUNUB: 665 DÜNYA

Bir müddət əvvəl məşhur ulduz Kim Kardaşyanın Amerika prezidenti Donald Trampla görüşü nəticə verib.

İcmal.Az xarici KİV-ə istinadən məlumat verir ki, Kardaşyan görüş zamanı narkotik üstündə tutulan 63 yaşlı Alis Meri Consonun əfv edilməsini xahiş edib.

Tramp porno ulduzun xahişini yerinə yetirib və ömürlük həbs cəzası almış həmin məhkumun cəzasını yüngülləşdirib.

 
Bu barədə adlarının açıqlanmasını istəməyən Ağ Evdəki iki mənbə məlumat verib.

 

Qeyd edək ki, həmin qadın məhkum 1996-cı ildən həbsxanadadır.

 

İcmal.Az

 

RƏYLƏR