Tunisin 11 ildən sonra yenidən Dəməşqə səfir təyin etdiyi bildirilib. Məhəmməd əl-Muhezzebi Dəməşqdəki səfir və Tunisin Suriyadakı səlahiyyətli nümayəndəsi təyin edilib.
7NEWS.az xəbər verir ki, Tunis Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, prezident Kays Səid, Karfagen sarayında təşkil edilən mərasimdə Məhəmməd əl-Muhezzebini Dəməşqə "fövqəladə” səfir və Tunisin Suriyadakı səlahiyyətli nümayəndəsi təyin edib.
7NEWS.az