Tunisdə keçirilən seçkilərin ikinci turunda da fəallıq aşağı olub

OXUNUB: 192 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Tunisdə xalq parlament üzvlərini müəyyənləşdirmək üçün dünən ikinci dəfə sandığa gedib. Dünən yerli vaxtla saat 18:00-da qutular bağlandıqdan sonra səslərin sayılması prosesi başlayıb. Tunis Müstəqil Yüksək Seçki Şurasının sədri Faruk Buaska səslərin sayılması prosesinin tamamlanmasından sonra iştirak nisbətinin yüzdə 11,3 olduğunu, 887 min 130 nəfərin səs verdiyini açıqlayıb. Seçki pozuntuları və cinayətləri müşahidə etdikdən sonra bəzi nəticələrin qismən və ya tamamilə ləğv edilə biləcəyini deyən Buaska: "Seçki komissiyası nəticələri fevralın sonu və ya martın əvvəlində açıqlayacaq"- deyib.

7NEWS.az

RƏYLƏR