Tunisdə keçirilən seçkilərin ikinci turunda iştirak 11,3 faiz oldu

OXUNUB: 234 Özəl DÜNYA
Tunisdə yanvarın 30-da bazar günü keçirilən növbədənkənar ümumi seçkilərin ikinci turunda iştirak 11,3 faiz təşkil edib. 

7NEWS.az xəbər verir ki, Tunis Müstəqil Yüksək Seçki Şurasının sədri Faruk Buasker növbədənkənar ümumi seçkilərin ikinci turu üçün səsvermə prosesi başa çatdıqdan sonra mətbuat konfransı keçirib. 2022-ci il dekabrın 17-də birinci turu keçirilən növbədənkənar ümumi seçkilərin ikinci turunda 7 milyon 853 min 447 qeydə alınmış seçicisi olan 131 seçki dairəsində 34-ü qadın olmaqla 262 namizəd üzv olmaq üçün mübarizə aparır. 

Birinci turda cəmi 23 namizəd 161 yerlik parlamentə daxil ola bilib. 

7NEWS.az

RƏYLƏR