"Tünzalə keçmiş ərinin dediklərini..." - Nuradan sərt sözlər

OXUNUB: 642 ŞOU-BİZNES

Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Nura Suri arasındakı qalmaqal daha da böyüyüb.

İcmal.Az-ın məlumatına görə, Nuranın "ATV maqazin onlarla” verilişində dediyi "Özünü hər kəsdən üstün görür” sözləri qarşı tərəfin xoşuna gəlməmişdi. T.Ağayeva isə cavabında Nuranı tənqid edib, onu müğənni hesab etmədiyini söyləyib. 

 
Bu dəfə Nura "Facebook” səhifəsində Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyevin müsahibəsini paylaşaraq həmkarına cavab verib:

 

"Tünzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını yox. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini "Youtube” və "Google”dan sildirib. Yəqin ki, öz yaddaşından da silib.  Mən pul verib qran-pri almıram, mükafat və ya "raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam.  "Çox sağ ol”u budur”.

Qeyd edək ki, Tünzalə Nura haqqında "Peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram. Bir insanın danışdığı ilə qulağı fərqlidir. Bu insanın iç boşluğundan, narahat həyat tərzindən irəli gəlir. Dırnaq içərisində musiqiçilər, ifaçılara vaxt ayırmağı özümə yaraşdırmıram” sözlərini deyib.

 

İcmal.Az

RƏYLƏR